• Siyahıfız
    Müqayisə siyahısı boşdur
+994 70 265 50 60

Bazar Ertesi-Cümə: 09:00–18:00,
Şənbə 09:00–13:00, Bazar günu işləmirik

Çatdırılma

Bakı üzrə çatdırılma şərtləri

            Bakı üzrə çatdırılma bazar ertəsindən şənbə də daxil, sifarişin qəbul edildiyi günün səhəri, saat 9.00-dan 19.00-dək həyata keçirilir. Sifarişlər yalnız əvvəlcədən zəng edilərək ünvanın, çatdırılma vaxtının və sifariş nomenklaturasının dəqiqləşdirilməsindən sonra çatdırılır. Biz çalışacağıq ki, Sizinçün uyğun vaxtda çatdırılma təşkil edək. Sifarişin təsdiq edilməsindən sonra bizim sürücülərimiz sifariş etdiyiniz malı birbaşa Distribyutorun anbarından götürərək sizin ünvanınıza çatdırırlar, və bu da malın 100% orijinallığına zəmanət verir. 

Çatdırılma üsulu:

  • Kuryerlə sizin ünvanınıza çatdırılmaqla.
  • Özünüz götürməklə (tezliklə)

Diqqətinizi yönəldirik!

Sürücü-ekspeditorun vəzifələrinə malın qapıyadək (ofis, qaraj və s.) çatdarılması və avtomobildən boşaldılması daxildir. Malın sonrakı yerdəyişməsini alıcı təmin edir.

Sürücü-ekspeditor mütləq şəkildə müştərini gəlməzdən ən azı 30 dəqiqə əvvəl xəbərdar edir, o cümlədən qeyd edilən ünvana çatdıqda bir daha xəbərdar edir.

Keyfiyyətsiz malların qaytarılması.

Keyfiyyətsiz mal dedikdə, xarab və öz funksional keyfiyyətlərinin yerinə yetirilməsini təmin edə bilməyən mal nəzərdə tutulur. Alınan mal saytdakı təsvirə uyğun olmalıdı. Dizayn elementlərinin yaxud tərtibatın saytdakı təsvirdən fərqli olması nasazlıq yaxud malın qeyrifunksionallığı deyil.

Malın zahiri görünüşü yaxud komplektliyi, o cümlədən bütün sifarişin komplektliyi, malın çatdırılması zamanı alıcı tərəfindən yoxlanılmalıdı (poçtla çatdırılma istisna olmaqla). Malın çatdırılması zamanı, Siz çatdırılma qəbzinə öz imzanızı müvafiq qrafaya atırsız: «Sifarişi qəbul etdim, komplektliyi tamdır, çatdırılma xidməti göstərilib, malın miqdarı və zahiri görünüşünə dair heç bir iradım yoxdur. Malın qaytarılma şərtləriylə tanış oldum». Sifarişin qəbul edilməsindən sonra, malın zahiri defektləri, onun miqdarı, komplektliyi və əmtəə görünüşünə dair iradlar qəbul edilmir. 

Əgər elə bir şey baş veribsə ki, Sizə keyfiyyətsiz mal gətirilib, və ona dair əvvəlcədən satıcıyla heç bir danışıq olmayıb, o zaman Siz alqı-satqı müqaviləsinin yerinə yetirilməsindən imtina etmək, keyfiyyətsiz malı qaytarmaq və malın alınmasına görə ödənilmiş pul məbləğinin qaytarılmasını tələb etmək hüqüquna malik olursuz. 

Sadalanan tələblərin hər biri Sizin tərəfinizdən yazılı şəkildə ərizənin doldurulması vasitəsilə təqdim edilməlidi. Malın alınması üçün ödənilmiş məbləğin geri qaytarılması tələbi, tələbin irəli sürüldüyü gündən etibarən 10 gün ərzində ödənilir.

Filter
Tapıldı 5 
Təstiqləyin
Для того, что бы добавить товар в список желаний, Вам нужно