• Siyahıfız
    Müqayisə siyahısı boşdur
+994 70 265 50 60

Bazar Ertesi-Cümə: 09:00–18:00,
Şənbə 09:00–13:00, Bazar günu işləmirik

Haqqımızda

Mühərrik yağları və sürtkü yağları dünyasına, Oil Market-ə xoş gəlmisiz! 

Bizim internet-mağazamızda həm minik avtomobilləri, hər yük texnikası, həm də sənaye avadanlığı üçün geniş çeşiddə mühərrik yağları və sürtkü yağları təqdim olunub. 

Biz vasitəçi olmadan, dünya brendlərinin rəsmi distribyuterləriylə bilavasitə işləyirik, və bu da saxtalaşdırılmanın qarşısını alır, məhsulun yüksək keyfiyyətinə və qiymətlərin münasib olmasına zəmanət verir (daha ətraflı məlumat əldə etmək üçünÇatdırılmaÖdənişbölmələrinə baxa bilərsiz). Siz ondan əmin ola bilərsiz ki, mağazamızdan istənilən məhsulu aldıqda, Siz məhz həmin Brendlərin istehsalçıların zavodlarında istehsal edilmiş məhsulu əldə etmiş olacaqsız. Və bir daha nəzərinizə çatdırırıq ki, həmin zavodlarda məhsulun keyfiyyəti daimi nəzarətdə saxlanılır.  

Məlum olduğu kimi, düzgün yağ seçimi - avtomobilinizin mühərrikinin uzun ömürlü olmasının zəmanətçisidir. Biz çalışırıq ki, Sizə ən uyğun və keyfiyyətli məhsulun seçilməsində yardımçı olaq. OILMARKET.AZ-da Siz hər zaman məhsullar haqqında ətraflı texniki məlumatı, , avtomobil yağları və sürtkü yağları sahəsində ixtisaslaşdırılmış mütəxəssis yardımı əldə edə bilərsiz.

Sizinçün maksimal dərəcədə sadə, intuitiv dərəcədə aydın sayt interfeysi yaradılıb. Siz asanlıqla filtrlərdən istifadə edərək brendlər və yağın xüsusiyyətləri üzrə sizə lazım olan məhsulu tapa bilərsiz.  Sadəcə axtarış şərtlərini verirsiz, və axtarış sistemi Sizinçün uyğun variantları seçib ekrana çıxarır.

Artıq Sizə məlum olan məhsulları əldə edərək, «Xəbərlər» bölməsinə baxın, çünki xəbərlər bölməsində kataloqların yenilənməsi, yeniliklər haqqında texniki məlumat, bu və ya digər məhsula avtoistehsalçıların rəyləri, bu və ya digər məhsulun avtomobil mühərriki istehsalçılarının tələblərinə cavab verməsi haqqında rəsmi məktublar yerləşdirir.

Axı yağ seçimində ən əsası - yoldaşların, tanışların, dükandakı satıcıların məsləhətlərinə deyil, avtomobil istehsalçısının tələblərini rəhbər tutmaqdı. (daha ətraflı məlumat əldə etmək üçün «yağların seçimi» bölməsinə baxın, burda siz istehsalçıların rəsmi saytlarından istifadə edərək Sizin avtomobilinizə uyğun yağı özünüz seçə bilərsiz)

Bizim internet-mağazamızda siz müxtəlif sürtkü materialları əldə edə bilərsiz: avtomobil, sənaye, kompressor, soyuducu və qidravlik yağlar, konsistent sürtkü yağları, soyuducu və transmission mayelər. Asortimentdə yük maşınları, motosikl, aeroxizək, kvadrasikl, tikinti və kəndtəsərrüfatı texnikası üçün sürtkü yağları təqdim edilib.

Ödəniş və çatdırılma müvafiq bölmədə qeyd edilən şərtlərə uyğun həyata keçirilir (daha ətraflı məlumat əldə etmək üçün, ÇatdırılmaÖdəniş). Ürəyinizcə olanı seçin və sifariş edin. Bizim internet-mağazamızın xidmətlərindən istifadə edərək, Siz 100% orijinal məhsul almış olursuz, adi dükanlara müraciətlə müqayisədə alış-verişi daha sürətlə edirsiz, və aldığınız məhsulçün daha az xərc çəkmiş olursuz.  Müasir texnoloqiyalar Sizin vaxtınıza və pulunuza qənaət etmənizə kömək olur!

Filter
Tapıldı 5 
Təstiqləyin
Для того, что бы добавить товар в список желаний, Вам нужно